`Mercedes` bacı-qardaşı vurdu: ölən var
13:15 22 Noyabr 2017
Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib.
Femida.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub. İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib. Araşdırma aparılır.
Femida.az
Oxunub: 619
Oxşar xəbərlər
- `Mercedes` at arabası ilə toqquşdu - ölən var
- `Mercedes` aşdı - ölən və yaralılar var
- `Mercedes` evakuatorla toqquşdu: Ölən var
- `Mercedes` kanala düşdü - sürücü öldü
- `Mercedes` yanıb kül oldu
- `Mercedes` `Ford`la toqquşdu - ölən var
- `Mercedes`lə `VAZ` toqquşdu – ölən var
- `Mercedes` aşdı: yaralılar var